|
|
Plastik cərrahiyyə |
|
|
Plastik əməliyyatlar |
|
|
|
Mammoplastika (döş nahiyəsinin plastik cərrahiyyəsi)
Əməliyyatlar döş nahiyəsinin forma və həcminin dəyişdirilməsindən ibarətdir. Mammoplastikanın üç əsas istiqaməti mövcuddur: döş nahiyəsinin endoprotezlər vasitəsilə böyüdülməsi (endoprotezləmə), döş nahiyəsinin dartılması (mastopeksiya), döş nahiyəsinin kiçildilməsi (reduksion mammoplastika). Həmçinin döş nahiyəsinin böyüdülməsi ilə birlikdə dartılması, əmcək ətraflarının korreksiyası ilə bərabər, döş nahiyəsinin kiçildilməsi və s. bu kimi kompleks əməliyyatlar da aparılır. Mammoplastikanın köməyi ilə döş nahiyəsinin asimmetriyasını düzəltmək və çıxarılmış, yaxud da deformasiyaya uğramış süd vəzilərini yenidən bərpa etmək olar. Döş nahiyəsinin cərrahiyyəsində əməliyyatların aparılma üsulları, kəsiklərin növləri, endoprotezlərin yerləşdirilməsinə görə fərqlənən çoxlu sayda əməliyyat metodları mövcuddur.
Rinoplastika (burnun plastik cərrahiyyəsi)
Əməliyyatlar burnun formasının dəyişdirilməsindən ibarətdir. Rinoplastikanın köməyi ilə kiçik donqarları götürmək, burnun kürəkciyini, ucunu və pərəklərini daraltmaq, uzunluğunu dəyişdirmək olar. Rinoplastikanın iki əsas metodu mövcuddur – qapalı (bu zaman əməliyyatdan sonra görünən izlər qoymayan burundaxili kəsiklər edilir) və xarici kəsiklərlə açıq rinoplastika, lakin bu metod burun sümüklərinin və qığırdaqlarının kombinasiya edilmiş mürəkkəb sınıqları, bir neçə dəfə təkrar edilmiş əməliyyatlar və burnun yenidən qurulması zamanı tətbiq edilir. Burun formasının korreksiyası zamanı həmçinin xüsusi implantlardan və ya öz qığırdağından istifadə oluna bilər. Burnun plastikası çox vaxt tənəffüs funksiyalarının bərpası üzrə LOR əməliyyatları ilə eyni zamanda edilir.
Liposaksiya (lazer, ultrasəs, klassik, elektron lipomodelləşdirmə)
Əməliyyatlar bədənin korreksiyası məqsədi ilə dərialtı birləşdirici piy toxumalarının artıqlarının çıxarılmasından ibarətdir. Liposaksiyanın bir neçə metodu mövcuddur: klassik (vakuumlu), ultrasəs, elektron lipomodelləşdirmə və lazer liposaksiyası. Bütün bu metodlar yalnız piy toxumasına təsir prinsipləri və müxtəlif həcmlərin korreksiya edilməsi imkanına görə fərqlənir. Piy yığınlarına liposaksiya etməmişdən əvvəl fizioloji məhlul, lidokain və adrenalinin qarışığından ibarət olan Klyayn məhlulunu şpris vasitəsilə bərabər şəkildə daxil edirlər. Piy toxumaları şişir və yumşalır, damarlar isə daralır ki, bu da piyi daha asan əritməyə və qan itkisini azaltmağa imkan verir. Klassik liposaksiya zamanı piy toxumaları kanula (borucuq-iynələr) vasitəsilə toxuma qatlarını kəsməklə, mexaniki şəkildə əridilir. Ultrasəs liposaksiya toxumalara ultrasəs vasitəsilə təsiri nəzərdə tutur. Elektron lipomodelləşdirmə zamanı piy elektrik cərəyanı hesabına əriyir. Lazer liposaksiyası ən yeni metodlardan biridir ki, bu zaman toxumaların əridilməsi birbaşa kanulaya birləşdirilmiş lazer şüasının təsiri altında baş verir. Əməliyyat vaxtı piy vakuumlu sorma vasitəsilə çıxarılır, lazer liposaksiyası zamanı isə kiçik həcmdə olan piylər orqanizmdə öz-özünə əriyə bilər.
Feysliftinq (üzün plastik cərrahiyyəsi)
Əməliyyatlar üz, alın və boyun nahiyələrində yaş dəyişikliklərinin aradan qaldırılmasından ibarətdir. Üz dərisinin dartılması üzrə əməliyyatların bir çox metodları mövcuddur: yalnız dəri dartılması, SMAS dartılma, endoskopik liftinq, Cheklift və başqaları. Ən qabaqcıl metodlardan biri endoskopik avadanlığın tətbiqi ilə üz dərisinin dartılmasıdır, bu zaman bütün kəsiklər görünməyən yerlərdə (başın tüklü hissəsində, ağız boşluğunda, transkonyuktivallarda) edilir ki, bu da əməliyyatın izlərini tamamilə gizlətməyə imkan verir. Çox vaxt üzün plastik cərrahiyyəsi blefaroplastika (göz qapaqlarının plastik cərrahiyyəsi), kontur plastikası, lipofilinq və hətta, üz və boyun nahiyələrində liposaksiya ilə birləşdirilir.
Yuxarı və aşağı göz qapaqlarının blefaroplastikası (klassik, lazer, transkonyuktival)
Əməliyyatlar aşağı və yuxarı göz qapaqlarındakı artıq dəri və yırtıqların aradan qaldırılmasından ibarətdir. Göz qapaqlarının plastik cərrahiyyəsinin köməyi ilə gözaltı şişlərin, dərin qırışların, yuxarı göz qapaqlarının sallanmasının qarşısını almaq və kifayət qədər cavanlaşma effektinə nail olmaq mümkündür. Blefaroplastikanın bir neçə metodu mövcuddur: yuxarı göz qapaqlarının plastik cərrahiyyəsində yalnız göz qapağının təbii qırışında gizlədilmiş xarici kəsik tətbiq edilir, aşağı göz qapaqlarının plastik cərrahiyyəsi isə ya kirpik zonasında dəri artıqlarının yonulması və gözaltı yırtıqların aradan götürülməsi xarici kəsik vasitəsilə, ya aşağı göz qapağının selikli qişasında daxili kəsikdən transkonyuktival yolla, yaxud da ağızdaxili kəsiklər vasitəsilə endoskopik yolla aparılır. Transkonyuktival və endoskopik metodika yalnız yırtıqların aradan götürülməsini nəzərdə tutur, buna görə də aşağı göz qapaqları nahiyəsində artıq dərisi və dərin qırışları olmayanlar üçün münasibdir. Transkonyuktival blefaroplastika zamanı ən texnoloji üsul kəsikləri etmək üçün lazerin tətbiqi, damarların koalqulyasiyası və yırtıqların aradan götürülməsi hesab olunur. Blefaroplastika çox vaxt üz dərisinin cavanlaşdırılması (üz dərisinin dartılması, ChekLift) üzrə əməliyyatlarla birləşdirilir.
Otoplastika (qulaqların plastik cərrahiyyəsi). Sallaqqulaqlığın lazer və klassik korreksiyası.
Əməliyyatlar sallaqqulaqlığı və qulaq seyvanlarının digər qüsurlarının düzəldilməsindən ibarətdir. Plastik cərrahiyyədə otoplastikanın bir neçə metodu mövcuddur. Ən məşhurları onları ilk dəfə tətbiq edən cərrahların şərəfinə Mustarde və Furnas adlandırılıb. Mustarde sallaqqulaqlıqda, bir qayda olaraq, mövcud olmayan, yaxud da inkişafdan qalan qulaq qığırdağının burulması əleyhinə üsul hazırlamışdır. Furnas burulma əleyhinənin formalaşdığı, qulaq seyvanının isə kəllə ilə olduqca böyük bucaq əmələ gətirdiyi zaman qulaq seyvanını kəllənin məməşəkilli çıxıntısının sümük üstlüyünə tikirdi. Furnasın metodikası ilə qulaqların plastik cərrahiyyəsinə çox nadir hallarda rast gəlinir. Bu üsullardan birini seçmək qeyri-mümkündür, lakin onlar daima təkmilləşirlər. Klassik üsulda əməliyyatlar standart cərrah alətləri ilə aparılır, lazer otoplastikasında isə qulaq qığırdağının modelləşdirilməsi üçün CO2 lazerindən istifadə edilir. Qulaqların plastik cərrahiyyəsi vasitəsilə sallaqqulaqlıq, qulaq seyvanlarının və ya sırğalıqlarının olduqca böyük ölçüdə olması (qulaq sırğalıqlarının travmaları, onların yırtılması) problemlərini həll etmək, travmadan sonrakı deformasiya zamanı qulaq relyefini düzəltmək mümkündür.
|
| |
 |
| |
|
© Xətai Estetik Klinikası
| | |