|
Tük əkilməsi
Üzün estetikası
Lazer epilasiyası
Liposaksiya
Burun estetikası
Dodaq estetikası
Göz estetikası
Selulitin ərhələli üsulla tam müalicəsi
|
Botax-dan istifadə
Tibbi-kosmetologiyada bu üsul üzdə qırışların açılmasına xidmət edərək xüsusilə 20 yaşdan yuxarı olan şəxslərə tətbiq edilir və üzdə gözəlliyi bərpa etmək məqsədinə xidmət edir.
Qırışlar müxtəlif səbəblərdən əmələ gəlir. Onlar adətən bütöv alına, yanaqlara, göz altına yığılır. Onlar bəzən günəş şüalarının təsi ri ilə meydana gəlir. Onların aradan qaldırılması üçün botax məlhəmi məqsədəuyğundur.
BOTAX dərini sanki bəzəyir. Bu işləri adətən başqa mərhələlərlə birlikdə görürlər. BOTAX müxtəlif xətlərlə çəkilir. O cümlədən alına üfüqü xətlərlə çəkilərək, həmçinin ümumi xətlərlə qaşların arasındakı və ətrafındakı qırışları da yox edir.
BOTAX-a başqa kosmetoloji məhsullarla müqayisədə daha çox üstünlük verilir. Məsələn, digər məhsullarla müqayisədə o daha effektli şəkildə dərinliyə hopması, qırışı tam açması ilə fərqlənir. Əgər başqa maddələr dərin şişirdirsə, BOTAX yeni qırış xətlərinin yaranmasına imkan vermir. Bu proses qısa müddətə həyata keçirilərək 6-ayadək qırışların tam ləğvini və üz gözəlliyinin effektini qoruya bilir.
Arıqlamaq üçün məsləhətlər
Artıq çəki bir çoxlarının qarşılaşdığı bir problemdir. Qadınlar piylənməyə kişilərə nisbtən daha çox meylli olduqları və xarici görünüşlərini üçün daha çox narahat olduqlarına görə bu problem onları daha çox maraqlandırır.
Öncə aydınlaşdıraq ki, normal çəki nədir? Belə hesab olunur ki:
Normal çəki(kq)=Boy(sm)-100
Əgər çəkiniz bu qiymətdən çoxdursa, deməli artıq çəkidən əziyyət çəkirsiniz.
Arıqlamaq üçün cürbəcür dərmanlar, pəhriz, masaj, trenajor və s. üsullar reklam olunur. Bəs necə arıqlamaq daha düzgündür?
Əgər yalnız ac qalmaq və pəhrizlərlə bu problemi həll etməyi düşünürsünüzsə - o zaman nəzərə alın ki, çox köklükdən sonra birdən birə arıqlamaq sellülit, dəri sallanması və s. kimi problemlərə gətirib çıxarır(hələ mən sağlamlığa vurulan ziyanı demirəm). Necə deyərlər, yağışdan çıxdıq, yağmura düşdük.
Əgər idmanla arıqlamağı düşünürsünüzsə - o zaman da ehtiyatlı olun. Yaxşı idman edib, sonra da nənələrimiz demiş, yaxşı yemək sizin arıqlamaqdan çox çəki yığmağınıza və şişmənizə səbəb olacaq.
Daha yaxşı olar ki, idmanı və pəhrizi eyni vaxtda edəsiniz. Bu həm vaxtınıza qənaət edər, daha effektiv arıqlamağınıza səbəb olar, həm də sellülit, dəri sallanması kimi problemlərdən sizi azad edər. İdman və pəhriz eyni zamanda aparılarkən aşağıdakı qaydalara riayət edin:
İdmanı səhərlər etməyin - çünki bu orqanizmdə stress vəziyyəti yaradır. Günorta və axşam saatlarında idman edin.
Sürətli və az yükü olan idman növləri ilə, daha yaxşı olar ki, aerobika ilə məşğul olun.
İdman etdikdən dərhal sonra yemək yeməyin. 2-3 saat gözləyin. Yaxşı olar ki, idmandan əvvəl qida qəbul edin.
Axşam, gecə saatlarında yemək yeməyin.
Pəhrizdə qızardılmış, yağlı(xüsusən heyvan mənşəli yağlar), karbohidrat (çörək, şirniyyatlar) kimi yeməklərdan uzaq durun. Daha çox meyvə-tərəvəz, zülal çox olan qidalar, buğda bişmiş, qaynadılmış yeməklərdən istifadə edin.
Pəhriz növlərindən birini diqqətinizə çatdırırıq:
Bu pəhrizin adı "10 ərzaq" pəhrizidir. 1 həftəlik qidanızı yalnız 10 ərzaqla məhdudlaşdırın. Sizə gün ərzində 1.5 kq-dan çox olmayan qida qəbul etmək lazımdır və bu qidanın tərkibində yalnız 10 qida növü olmalıdır. Bu 10 ərzaqı kefiniz istəyən nisbətdə qarışdıra bilərsiniz. Həmin ərzaqlara bunları da əlavə edə bilərsiniz:
soğan
sarımsaq
şüyüd
cəfəri
limon şırəsi
bal (günə bir çay qaşığı)
yaşıl çay (istənilən qədər içmək olar)
zeytun yağı (gün ərzində 1 xörək qaşığı)
qara çörək (gün ərzində 1 qıça)
Beləliklə, menyumuz:
toyuğun və ya hind toyuğunun döş əti və ya yağsız balıq əti
qaynadılmış yumurta
2%-dən çox yağlılığı olmayan qatıq
pomidor
xiyar
balqabaq (boranı)
gül kələm
badımcan
göbələk (duza qoyulmamış)
qreyfrut, portağal, alma, kök
İstədiyiniz təqdirdə pəhrizi 1 həftədən çox uzada bilərsiniz. Həftə ərzində 1.5 kq çəki itirəcəksiniz.
|